Paşinyanın korteji hamilə qadını öldürdü - VİDEO

Dünya 27 Aprel 2022 | 01:03
OXUNUB: 8097
Bir neçə saat öncə polis maşını İrəvanın Paronyan küçəsində hamilə bir qadını vurub.
 
Sfera.az Azvision-a istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat yayan yerli media qadının Nairi Tibb Mərkəzində dünyasını dəyişdiyini yazıb. Tibb mərkəzi faktı təsdiqləyib.

Ətraflı
- Qadın mərkəzə gətirilən zaman sağ idi. Lakin zərərçəkmişi xilas etmək mümkün olmayıb, - qəbul şöbəsinin işçisi yerli mediaya açıqlamasında deyib.

Qeyd edək ki, bir müddət öncə yerli media hökumət rəhbərlərindən birinə məxsus kortej avtomobilinin adam vurması barədə məlumat yaymışdı. Saytlar ölkədə nadir şəxslərin kortejlə gəzdiyini əsas gətirərək insidenti baş nazir Nikol Paşinyanın kortejini müşayitə edən yol polisinin üzərinə atıblar.

"Yerevan.Today" hadisə şahidlərinə istinadən yazıb ki, baş nazir Nikol Paşinyanın kortejinin önündə gedən avtomobil hamilə qadını vurduqdan sonra hətta dayanmayıb.

Polisin mətbuat xidməti isə qısa olaraq hadisənin yol polisi maşını tərəfindən törədildiyini deyib.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man