Moskva ABŞ-ın təxribatlar hazırladığını bəyan etdi - Rusiya rəsmisindən AÇIQLAMA

Dünya 23 Aprel 2022 | 17:35
OXUNUB: 1384
Moskva ABŞ-ın Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırladığını bəyan edib.
 
Sfera.az xəbər verir ki, Rusiya mətbuatının bu gün dərc etdiyi xəbərə görə, Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov bununla bağlı açıqlama verib:

"Rusiya Müdafiə Nazirliyinə ABŞ-ın təxribatlar hazırladığı barədə məlumat verilib. Rusiya silahlı qüvvələrini kimyəvi, bioloji və ya taktiki nüvə silahlarından istifadə etməkdə ittiham ediləcək. Bu plan Rusiyanın Ukraynadakı hərbi əməliyyatında əldə etdiyi uğurlara cavabdır. Qərb ölkələrinin liderləri bu ilin mart və aprel aylarında Rusiyanın kütləvi qırğın silahlarından istifadə təhlükəsi ilə bağlı mütəmadi olaraq təxribat xarakterli bəyanatlar veriblər. Biz sizin diqqətinizi ona yönəldirik ki, Birləşmiş Ştatlar öz siyasi məqsədlərinə çatmaq üçün bu cür layihələri bir neçə dəfə həyata keçirib”,- komandir bildirib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Rusiya qüvvələri Ukraynadakı 11 hərbi obyekti yüksək dəqiqlikli raketlərlə vurub, iki ukraynalı hərbçini zərərsizləşdirib, 25 zirehli və normal texnikanı məhv edib.

Konaşenkov əlavə edib ki, ötən gecə 15 pilotsuz uçuş aparatı, o cümlədən Bayraktar TB-2 məhv edilib.

Qeyd edək ki, fevralın 24-də başlayan Ukrayna-Rusiya müharibəsi üçüncü ayına qədəm qoyur.

Əzizə Zeynal 


 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man