Karantin rejimini pozdu: 51 min dollar cərimələndi

Dünya 19 Aprel 2022 | 00:46
OXUNUB: 88
Tayvanın şimalındakı Sinbey şəhərinin səhiyyə orqanları karantini pozduğuna görə 18 yaşlı oğlana rekord yüksək məbləğdə cərimə kəsib.
 
Sfera.az xəbər verir ki, onun ailəsi 1,5 milyon Tayvan dolları (51,5 min dollar) ödəməli olacaq.
 
Koronavirusa yoluxan yeniyetmə 10 günlük ev karantin rejimini pozub. Həftə sonu o, dostları ilə basketbol oynamağa və həmçinin COVID-19-da yoluxmuş sevgilisinə hədiyyə almağa gedib.
 
Əvvəlcə gənc evdən çıxdığını inkar etməyə çalışıb. Bununla belə, polis və həkimlər sübut kimi onun sosial şəbəkələrdə yayımlanan "macəraları"nın fotolarını göstəriblər. Bu qeydlərin skrinşotları Internet istifadəçilərindən biri tərəfindən səlahiyyətli orqanlara göndərilib.
 
Məlum olub ki, gənc COVID-19 xəstələrinin yerinin izlənilməsi proqramını aldatmaq üçün qəsdən telefonunu evdə qoyub. O, şəkil çəkmək üçün başqa smartfondan istifadə edib.
 
Hazırkı cərimə pandemiyanın başlanğıcından bəri adada rekorda çevrilib./Lent.az/
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man