Ukraynada həlak olan mülki şəxslərin sayı iki mini ötdü - BMT

Dünya 18 Aprel 2022 | 22:02
OXUNUB: 1332
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının verdiyi məlumata görə, 24 fevral-17 aprel tarixləri arasında Rusiya-Ukrayna müharibəsində ən az 2072 mülki vətəndaşın həyatını itirib, 2818 dinc sakin isə yaralanıb.

Ölən və yaralanan mülki şəxslərin sayının aşkar edilənlərdən daha çox ola biləcəyi vurğulanıb.
 
Bildirilib ki, mülki əhali arasında tələfatların çoxu geniş təsir spektrinə malik partlayıcı silahların istifadəsi, o cümlədən ağır artilleriya və reaktiv yaylım atəşi sistemlərinin bombardmanları və hava zərbələri nəticəsində baş verib.
 
Həmçinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata görə, ötən müddət ərzində Ukraynadan 4 934 415 nəfərin qonşu ölkələrə getmək məcburiyyətində qalıb.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man