Rusiya Müdafiə Nazirliyi ukraynalı döyüşçülərə bu gün saat 06:00-dan 13:00-dək Mariupolda könüllü təslim olmaq üçün vaxt qoyub.
Sfera.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinə silahı yerə qoyaraq könüllü təslim olmaq üçün ultimatum verib.
Məlumata görə, nazirlik təslim olanların canlarını xilas edəcəklərini bildirib.
Xatırladaq ki, Mariupol şəhəri bir neçə həftədir mühasirədədir. Rusiya qüvvələri Ukraynanın şərqində cəmləşməyə başlayandan sonra şəhərdə vəziyyət pisləşib.
Rusiya tərəfi iddia edir ki, şəhər tamamilə Ukrayna hərbçilərindən alınıb, Azovstal polad zavodunda mühasirədə olan ukraynalı və əcnəbi döyüşçülərdən yalnız kiçik bir qrup qalıb.
Modern.az