Çinin Lifan avtomobillərinin Rusiyada satışı dayandırılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, "Avtostat” analitik agentliyinin hesablamalarına görə, hazırda Rusiyada 154 min Lifan avtomobili var.
Qeyd edək ki, bundan əvvəl yüzlərlə xarici firma, o cümlədən tanınmış dünya brendlərinin istehsalçıları Ukrayna və Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına reaksiya olaraq Rusiya bazarından müvəqqəti tərk etdiklərini və ya tam istehsalın dayandırılması, Rusiya Federasiyasında investisiyaların və ya fəaliyyətlərin dayandırılması qərarlarını elan etmişdilər.