Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya kansleri Karl Nehammerlə telefon danışığı aparıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Türkiyə-Avstriya münasibətlərinin yaxşılaşdırılması istiqamətində addımlar və regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Ərdoğan Avstriya kanslerine bildirib ki, Ankara və Vyana təbii qaz təchizatı sahəsində əməkdaşlığı gücləndirə bilər.
Qeyd edək ki, Avstriya kansleri tezliklə Moskvaya səfər edəcək və burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.