Ukrayna Rusiya ilə ticarət əlaqələrini dayandırır.
Sfera.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini Yuliya Sviridenko milli informasiya marafonunun efirində bildirib.
Onun sözlərinə görə, ticarət əlaqələrinin dayandırılması Rusiyaya hər il təxminən 6 milyard dollara başa gələcək.
"Rusiyanın idxalına qoyulan qadağa illik ən azı 6 milyard dollar valyuta gəlirinin qarşısını alacaq. Bu o deməkdir ki, onların büdcəsi bu vəsaitləri almayacaq və müharibəni maliyyələşdirmək üçün istifadə edə bilməyəcək", - Sviridenko deyib.