Ukraynaya yeni döyüş maşınları GÖNDƏRİLDİ

Dünya 09 Aprel 2022 | 00:54
OXUNUB: 2444
Avstraliya Ukrayna ordusuna 20 ədəd "Bushmaster" zirehli maşın göndərəcək.
 
Sfera.az xəbər verir ki, bu barədə Avstraliya hökumətinin mətbuat xidməti məlumat yayıb.
 
"Thales Australia" şirkəti tərəfindən istehsal olunan maşınların ilk partiyası artıq Ukraynaya göndərilib. Fotolarda 4 ədəd texnikanın göndərildiyi müşahidə edilib.
 
Zirehli texnikalar Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarələri ilə Polşaya aparılıb. Daha sonra hərbi maşınlar quru yolu ilə Ukraynaya çatdırılıb.
 
"Bushmaster" hazırda Avstraliya, Niderland, Britaniya, Yaponiya, İndoneziya, Yamayka və Yeni Zelandiya orduları tərəfindən istifadə olunur.
 
Maşınlar yaxın döyüş üçün əsgərlərin təhlükəsiz daşınmasında istifadə edilir. Avtomobil əsgərləri mina partlayışlarından, qəlpələrdən və atıcı silahlardan qoruyur.
 
Qeyd edək ki, bu günə qədər Avstraliya Ukraynaya müdafiə üçün ümumilikdə 165 milyon dollar yardım edib.
 


 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man