"Russia Today” telekanalının Twitter platformasındakı səhifəsi bloklanıb.
Sfera.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.
"Twitter kanalımızın səhifəsini bağlayıb. Bu qərarla bağlı şikayət edəcəyik”, - deyə telekanalın teleqram səhifəsində bildirilib.
"Russia Today”in rəsmi səhifəsinin Rusiyanın Ukraynadakı əməliyyatlarını dəstəklədiyi üçün bağlandığı bildirilir.