"YouTube" Zaxarovanın brifinq videosunu blokladı

Dünya 07 Aprel 2022 | 14:39
OXUNUB: 1411
"YouTube” Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinq videosunu bloklayıb.

Sfera.az xəbər verir ki, bu barədə YouTube şəbəkəsinin daxil olduğu Google şirkətinin mətbuat xidmətindən bildirilib.


Qeyd olunub ki, Rusiya XİN rəsmisinin brifinq videosu YouTube şəbəkəsinin video hostinq siyasətini pozduğuna görə bloklanıb.

"Bizim cəmiyyətin qaydaları yaxşı sənədləşdirilmiş zorakılıq epizodlarını inkar edən, əhəmiyyətsiz göstərən və ya onları aşağılayan məzmunu qadağan edir və biz bu siyasəti pozan Ukrayna ilə əlaqəli kontenti silirik”, - "Google” şirkətindən bildirilib.

Qeyd edək ki, Mariya Zaxarova dünən bildirib ki, "YouTube” Rusiya Xarici İşlər Nazirliyinin martın 17-də keçirilən brifinqinin video yazısına girişi əngəlləməklə qaydaları kobudcasına pozub. O, bloklanmanın brifinqdə müzakirə edilən Ukraynadakı bioloji laboratoriyalar haqqında məlumatla bağlı ola biləcəyini ehtimal edib. Zaxarova vurğulayıb ki, bu məlumat Qərb auditoriyasından gizlədilib.

"Roskomnadzor” "Google”dan tələb edib ki, video hostinq administrasiyası tərəfindən Zaxarovanın brifinqinin video yazısına qoyulan məhdudiyyətləri aradan qaldırsın və blokun tətbiq edilməsinin səbəbini izah etsin. (APA)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man