"Rusiya aclığı öz silahı hesab etdiyi üçün Ukraynada kənd təsərrüfatı müəssisələrini və aqrar texnikaları məhv edib, dəniz limanlarını bağlayır”.
Sfera.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiya parlamentinə müraciətində deyib.
"Onlar ardıcıl olaraq yanacaq anbarlarını, qida paylama mərkəzlərini məhv edir, hətta adi kənd təsərrüfatı texnikasını məhv edirlər. Qalan hər şeyi daim minalayırlar. Bundan əlavə, Rusiya artıq ixrac üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərlə birlikdə bütün dəniz limanlarımızı bağlayıb. Onlar bunu nəyə görə edirlər? Onlar aclığı sadə insanlara qarşı öz silahları kimi görürlər”, - deyə V.Zelenski qeyd edib.