Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Dünya 02 Aprel 2022 | 13:12
OXUNUB: 3157
Ötən gecə Rusiya aviasiya və raket qüvvələri Ukraynanın 67 hərbi obyektini vurub.

Sfera.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov şənbə günü bildirib.

"Gecə saatlarında Rusiya Aerokosmik Qüvvələrinin və raket qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 67 hərbi obyektini vurub. Bura iki komanda məntəqəsi, iki raket və artilleriya silahı və sursat anbarı, doqquz səhra artilleriya silahı və minaatan, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi 54 ərazi daxildir".

İqor Konaşenkovun sözlərinə görə, müharibə başlayandan indiyədək Ukrayna Ordusuna məxsus 124 təyyarə və 84 helikopter, 381 pilotsuz uçuş aparatı, 1882 tank və digər zirehli döyüş maşını, 203 reaktiv yaylım atəşi sistemi, 786 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1764 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man