Kuleba: Bunu Ərdoğanın sayəsində etmək mümkün oldu!

Dünya 01 Aprel 2022 | 20:55
OXUNUB: 1694
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçirilən danışıqlarda düzgün atmosfer yaratdı.

Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

"Biz Türkiyə prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Tam səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün olub. Bu, birmənalı müsbət qərardır. Həmçinin, diplomatik dillə desək, danışıqların özündə düzgün ab-hava yaratdı. Çünki o, danışıqlar başlamazdan əvvəl iştirakçılara müraciət etdi.

Türk diplomatiyasının bu uğurlarını nəzərə alsaq, o, Türkiyədə prezidentlər - Zelenski və Putin arasında görüş təşkil edə bilsə, biz bu təşəbbüsü yalnız alqışlayacağıq”, - deyə nazir bildirib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man