"Türkiyə Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüşə ev sahibliyi etməyə hazırdır”.
Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, bunu İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Sizlərin danışıqlarda təmin edəcəyiniz irəliləyiş bir sonrakı mərhələ olan liderlər səviyyəsində təması da mümkün edəcək. Belə bir görüşə də ev sahibliyi etməyə hazırıq”, - deyə Ərdoğan söyləyib.