Rusiya Ukraynadakı itkilərini AÇIQLADI

Dünya 26 Mart 2022 | 11:39
OXUNUB: 832
Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı 1351 rusiyalı hərbçi həlak olub, 3825 nəfər yaralanıb, RF Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Sergey Rudskoy bildirib.

Sfera.az xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.

Artıq ikinci dəfədir ki, Rusiya hərbi komandanlığı Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda itkilər barədə məlumat verir. İlk belə məlumat 2 martda olmuşdur. Həmin vaxt Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov əməliyyat zamanı 498 hərbçinin həlak olması, 1597 nəfər yaralanması barədə açıqlama vermişdir.

Bir neçə gün əvvəl adı açıqlanmayan NATO rəsmisi isə nüfuzlu agentliklərə bildirmişdi ki, Rusiya ordusundan Ukraynada həlak olanların sayı 7-15 min nəfərdir. Yaralılar, itkin düşənlər və əsir götürülənləri də hesablamaqla, Rusiya ordusunda ümumilikdə 40 min nəfərədək şəxs sıradan çıxmış ola bilər.
 
(qaynarinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man