Zelenskidən həyəcan təbili: "Nüvə obyektlərimiz təhlükə altındadır"

Dünya 23 Mart 2022 | 19:42
OXUNUB: 1299
 "Ukraynada 15 nüvə bloku var. Bu gün onların hər biri təhlükə altındadır”.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində çıxışı zamanı deyib.
 
"Çernobılda baş verənləri hər kəs xatırlayır. Rus terrorçuları silah gücünə oranı ələ keçiriblər. Rusiya Çernobıl AES-i müharibə obyektinə çevirib. Qarşı tərəf müdafiə qüvvələrimizə qarşı yeni hücumlar hazırlamaq məqsədilə Çernobıl AES-dən istifadə edir”, – dövlət başçısı vurğulayıb.
 
O bildirib ki, dünya ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda hansı addımlar atacaqları barədə indidən düşünməlidirlər.
V.Zelenski, həmçinin göstərilən dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib: "Bizi bir-birimizdən 8 193 kilometr məsafə ayırsa da, azadlıq arzularımız arasında heç bir məsafə yoxdur”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man