Kadırov Zelenskiyə televiziyada yarımştat iş təklif etdi

Dünya 23 Mart 2022 | 16:47
OXUNUB: 2790
Çeçenistan rəhbəri Ramzan Kadırov Volodimir Zelenskiyə televiziyada yarımştat işləməyi təklif edib. 

Sfera.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

"Zelenski müqaviməti dayandırmaq və sülh danışıqları masasına əyləşmək çağırışımıza cavab verən kimi ona belə bir fürsət verəcəyik. Hətta Qroznı ÇGTRK-da ayrıca şou təşkil edə bilərik", - Kadırov yazıb.

Onun sözlərinə görə, belə bir təklif hazırda Ukraynada xüsusi əməliyyatda iştirak edən həmyerlisinin xahişi ilə edilib: "Hərbi əməliyyat başa çatdıqdan sonra Ukraynanın keçmiş prezidenti hardasa pul qazanmalı olacaq və Ayub ona "Şən və Bacarıqlılar Klubu"nun Çeçenistan Respublikası yığmasının tərkibində oynamaq şansı verməyi xahiş edir". 

O, həmçinin əlavə edib ki, onun təklifi məhdud müddətə keçərlidir, çünki "onda çox gec olacaq". (unikal)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man