Ukraynada bu siyasi partiyaların fəaliyyəti dayandırıldı

Dünya 20 Mart 2022 | 11:39
OXUNUB: 1458
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının bir sıra siyasi partiyaların fəaliyyətinin dayandırılması ilə bağlı qərarını açıqlayıb.

Sfera.az-ın "İnterfaks”a istinadən xəbərinə görə, Zelenski bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası bir sıra siyasi partiyaların - "Müxalifət platforması - Ömürlük!”, "Bizimkilər”, "Müxalifət bloku”, "Sol müxalifət”, "Sol qüvvələrin ittifaqı” , "Derjava”, "Mütərəqqi sosialist partiyası”, "Sosialist partiyası”,  "Vladimir Saldo bloku”nun hərbi vəziyyət dövründə hər hansı fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Zelenskinin sözlərinə görə, Ədliyyə Nazirliyinə bu siyasi partiyaların fəaliyyətini qadağan etmək üçün təcili olaraq kompleks tədbirlər görmək tapşırılıb.

O qeyd edib ki, siyasətçilərin parçalanma və ya əməkdaşlığa yönəlmiş istənilən fəaliyyəti uğurlu olmayacaq, əksinə sərt cavab almış olacaqlar: "Hər kəs dövlətin maraqlarını, Ukraynanın mənafeyini düşünməlidir. Çünki bu, bizim üçün, həyat naminədir”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man