Bayden Novruz bayramını qeyd edən xalqları təbrik etdi

Dünya 18 Mart 2022 | 14:33
OXUNUB: 618
ABŞ Prezidenti Cozef Bayden Novruz bayramını qeyd edən xalqları təbrik edib.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, ABŞ-da Novruz tədbirinə qatılan dövlət katibi Entoni Blinken çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib, baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd edib.

O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib.
 
(report)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man