"Rusiyaya qarşı sanskiya təzyiqləri davam edəcək”.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RT” telekanalına müsahibəsində deyib.
"Qərb indi Rusiyanı 5-ci sanksiya dalğası ilə təhdid edir, ola bilsin ki, bundan sonra daha bir dalğa olsun, lakin biz artıq buna vərdiş etmişik”, - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, sanskiyalar həmişə Rusiyanı gücləndirib: "Rusiyanın Qərb tərəfdaşlarına arxalana biləcəyi illüziyası artıq tamamilə dağıdılıb. Rusiya Qərb qarşısında qapını bağlamayıb, lakin onu etibarlı tərəfdaş hesab etmir”.