Ukrayna Rusiyanın son sutkadakı itkilərini AÇIQLADI

Dünya 18 Mart 2022 | 11:00
OXUNUB: 2610
"Ukrayna müdafiə qüvvələrinin son sutka ərzində vəziyyətində və fəaliyyət xarakterində əsaslı dəyişiklik baş verməyib”.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gün ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb, düşmənin itkiləri dəqiqləşdirilir: "Ötən gün Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı və hücum təyyarəsi düşmənin hərbi texnikasının karvanlarına güclü zərbələr endirib. Ukraynanın zenit-raket qoşunları və qırıcıları düşmənin 14 hava hədəfini, o cümlədən 7 təyyarəsini, bir helikopterini, 3 PUA-sını və 3 qanadlı raketini vurub”.

Məlumata görə, Rusiyanın canlı qüvvə resursları əhəmiyyətli dərəcədə tükənib: "Müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya işğalçıları dinc əhaliyə ərzaq məhsulları paylamaqla özlərinə müsbət imic yaratmağa çalışırlar. Onlar ukraynayönlü fəalların, dövlət qulluqçularının, antiterror əməliyyatı iştiraklçılarının və onların ailə üzvlərinin, eləcə də işğala qarşı müqaviməti təşkil etməyə qadir olan başqa vətəndaşların axtarışını aparır. Həmin ərazilərdə Rusiyaya qarşı olan qüvvələri saxlayırlar.

Rusiya itkilər verməkdə davam edir. Qarşı tərəfin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti fərarilik və muzdluların Ukraynaya qarşı müharibədə iştirakdan imtina etməsi hallarının artmasına səbəb olur”, - nazirlikdən bildirilib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man