Ukrayna UNESCO-ya müraciət etdi

Dünya 17 Mart 2022 | 14:53
OXUNUB: 869
Ukrayna Rusiyanın hücumu nəticəsində zərər görən mədəniyyət abidələri ilə bağlı UNESCO-ya müraciət edib.

Sfera.az  xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin müavini Katerina Çuyeva onlayn brifinqdə deyib.

Ukraynalı nazir müavini bildirib ki, Rusiya ayrı-seçkilik qoymadan onun ölkəsində bütün mülki infrastrukturuna, o cümlədən mədəniyyət abidələrinə zərbələr endirir: "Çerniqov, Oxtırka, Xarkovda mədəni abidələr, muzey və universitetlərin binası bombalanır”.

O, ölkə ərazisində XII və XVII əsrlərə aid kilsələrin zərər gördüyünü deyib.

Katerina Çuyeva bildirib ki, Xersonda muzeydə saxlanılan eksponatların yoxa çıxması ilə bağlı da məlumatlar var. "Biz Sumi və Oxtırkada mədəni abidələrin dağıdılmasının miqyası barədə hələ də tam məlumat əldə edə bilməmişik. İnformasiya toplanması ilə bağlı müəyyən çətinliklə var, çünki bəzi ərazilərdə Ukraynanın nəzarəti yoxdur və ya aktiv döyüş gedir. Ancaq indiyə qədər 60-dan çox mədəniyyət abidəsinin dağıdılması barədə dəqiq faktlar var, biz bunu təsdiqləmişik, ancaq bu yekun rəqəm deyil”.

O qeyd edib ki, Nazirlik tarixi əhəmiyyətli mədəni və dini abidələrin dağıdılması faktları ilə bağlı onlayn platforma yaradıb.

Nazir müavini vurğulayıb ki, Ukrayna ölkənin qərbində olan mədəni abidələrin qorunmasına maliyyə yardımının ayrılması ilə bağlı və həmçinin Rusiya tərəfindən dağıdılan mədəni abidələrlə bağlı UNESCO-ya müraciət edib.

"Maliyyə məsələsi ilə bağlı hazırda danışıqlar gedir", - o əlavə edib.

Katerina Çuyeva qeyd edib ki Ukrayna Mədəniyyət Nazirliyi dağıdılan mədəni irs nümunələri ilə bağlı faktları toplayır. O, ölkə vətəndaşlarının da prosesə cəlb olunmalı olduğunu, dağıdılan mədəni irs nümunələrinin foto və videolarını nazirliyə göndərməyə çağırıb.

O bildirib ki, bütün bu faktlar toplanaraq Haaqa Məhkəməsinə araşdırma üçün təqdim olunacaq.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man