"Bunu ilk dəfə demək istəyirəm. Əməliyyatın lap əvvəlində Kiyev hakimiyyətinə müxtəlif kanallarla mənasız qan tökülməsinin qarşısını almaq üçün hərbi əməliyyatlara başlamamaq, sadəcə olaraq qoşunlarını Donbasdan çıxarmaq istənilib. Lakin onlar istəmədilər".
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin müşavirədə deyib.
"Olsun, bu, onların qərarıdır. Moskvanın öz təhlükəsizliyini təmin etmək üçün Ukraynada xüsusi hərbi əməliyyat keçirməkdən başqa çarəsi yox idi. Biz Ukraynanın Rusiyaya qarşı aqressiv hərəkətlər üçün plasdarm rolunu oynamasına imkan verməyəcəyik”, - Putin bildirib.
Rusiya lideri onu da bildirib ki, əməliyyat əvvəlcədən təsdiq edilmiş planlara ciddi şəkildə uyğun olaraq uğurla inkişaf edir: "Xüsusi əməliyyatda verilən bütün tapşırıqlar, şübhəsiz ki, həll olunacaq".
(olke.az)