"Mariupolda praktiki olaraq dağıntısız heç bir bina qalmayıb”.
Sfera.az-ın "Pravda” nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
Onun sözlərinə görə, şəhərin demək olar ki, 90%-i dağılıb: "Evlər ya dağılıb, ya da Rusiya ordusunun hücumları nəticəsində zədələnib”.