"Erməni qartalları” Rusiya Prezidenti Vladimir Putinə Donbasa getməyə icazə verilməsi xahişi ilə məktub göndərib.
Sfera.az xəbər verir ki, bu barədə "Past" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, erməni muzdluların komandiri Xaçik Asryan bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub təqdim edib.
Məktubda "Erməni qartalları”nın Donbasa getməyə, Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın Silahlı Qüvvələrinin tərkibində NATO və Ukraynaya qarşı vuruşmağa, Donbas əhalisini müdafiə etməyə hazır olduğu vurğulanıb.