Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq müdafiə yardımı göndərəcək - FƏRMAN İMZALANDI

Dünya 16 Mart 2022 | 23:08
OXUNUB: 2058
ABŞ Prezidenti Co Bayden Ukraynaya 800 milyon dollar dəyərində yeni müdafiə yardımı, o cümlədən, tank əleyhinə, zenit və pilotsuz uçuş aparatları (PUA) verəcəklərini açıqlayıb.

Sfera.az xəbər verir ki, Bayden bu barədə fərman imzalayıb.

Yardım paketi çərçivəsində Ukraynaya 800 "Stinger” zenit sistemi, 2 min "Javelin” tank əleyhinə raket, 1000 yüngül tank əleyhinə silah, 6 min ədəd AT-4 tank əleyhinə sistem veriləcəyi bildirilib.

Paket çərçivəsində Ukraynaya 100 Pilotsuz Uçuş Aparatının (PUA) göndəriləcəyi də qeyd edilib.

Paketə həmçinin 100 qumbaraatan atış sistemi, 5 min tüfəng, 1000 tapança, 400 pulemyot, 400 ov tüfəngi, 20 milyon döyüş sursatı, 25 min zireh dəsti, 25 min dəbilqə daxildir.

Həmçinin, bu son paketlə Baydenin Ukraynaya açıqladığı təhlükəsizlik yardımının dəyərinin son bir həftədə 1 milyard dollara, son 1 ildə isə 2 milyard dollara çatdığı vurğulanıb.

Sözügedən texnikanın ABŞ Müdafiə Nazirliyi tərəfindən birbaşa Ukrayna ordusuna veriləcəyi paylaşılıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man