Rusiya daha bir separatçı bölgədən qoşunlarını Ukraynaya aparır - VİDEO

Dünya 16 Mart 2022 | 20:00
OXUNUB: 2218
Rusiya Ukraynadakı itkilərin yerini doldurmaq üçün daha bir separatçı bölgədən-Gürcüstanın Cənubi Osetiya regionundan öz qüvvələrini aparır.
 
Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə Sxinvalidəki 4-cü qvardiya motoatıcı  briqadasının canlı qüvvə və texnikasının bir qisminin Ukraynaya yeridilmək üçün Rusiyaya aparıldığını əks etdirən kadrlar yayılıb. Kadrlarda həmin qruplaşmanın Roksk tunelindən keçməklə Rusiya ərazisinə, Şimali Osetiyaya istiqamət aldığı görünür.

Bildirilir ki, Sxinvalidəki 4-cü briqadanın qüvvələri ilə yanaşı yerli muzdlular da Ukraynaya aparılır.

Bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlılarının bir qismini, o cümlədən Ermənistandakı 102-ci bazanın 800-ə yaxın hərbçisini və Suriyadakı hərbi kontingentin bir hissəsini Ukraynaya apardığı açıqlamışdı. Bu haqda Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilirdi.

Ukrayna tərəfinin açıqladığı son rəqəmlərə görə Rusiya ordusunun itkiləri 14 min nəfərə yaxınlaşır, o cümlədən minlərlə hərbçi əsir alınıb. Ehtimal edilir ki, Ukraynaya yeridilən ordu qüvvələrinin artıq 40 faizdən çoxu sıradan çıxıb. (virtualaz.org)


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man