Tokayev ölüm hökmünün ləğvinin konstitusiyaya salınmasını təklif etdi

Dünya 16 Mart 2022 | 11:07
OXUNUB: 453
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikada Konstitusiya Məhkəməsinin yaradılmasını təklif edib.

Sfera.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tokayev ölkə parlamentinin palatalarının birgə iclasında Qazaxıstan xalqına müraciətində danışıb.

O, həmçinin ölüm hökmünün ləğvinin ölkə konstitusiyasına salınmasını təklif edib: "Hesab edirəm ki, ölüm hökmünün ləğvi ilə bağlı qərarın yekun olaraq təsbit edilməsi üçün konstitusiyaya müvafiq dəyişikliklər etmək lazımdır”.

Xatırladaq ki, Qazaxıstanda ölüm hökmü 2021-ci ilin dekabrında ləğv edilib. Belə ki, Senatın (parlamentin yuxarı palatası) ölüm hökmünün ləğv olunması barədə qanunvericiliyə etdiyi dəyişikliklə ölüm hökmü Cinayət Məcəlləsindəki bütün müvafiq maddələrdən çıxarılıb. 

Hazırda ölkədə ən ağır cəza ömürlük həbs cəzasıdır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man