Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiya parlamentində videoformatda çıxış etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Kyodo” agentliyi yayıb.
Hazırda bu məsələnin detalları razılaşdırılır.
Qeyd edək ki, V. Zelenskini İspaniya, Kanada və İsrail parlamentlərində də çıxış etməyə dəvət ediblər. O isə öz növbəsində martın 16-sı videobağlantı vasitəsilə ABŞ Konqresində çıxış etməyi planlaşdırdığını təsdiq edib.