"Ukrayna ərazisində Rusiya üçün heç bir təhdid olmamalıdır”.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə Moskvadakı görüşündən sonra mətbuat konfransında deyib.
Lavrov Qətərin Rusiya və Ukraynanın təhlükəsizliyi də daxil olmaqla, ortaq Avropa təhlükəsizliyi ilə bağlı məsələlərdə razılığa gəlinməsi istəyini yüksək qiymətləndirdiklərini bildirib. (Qafqazinfo)