"Antonov” zavodunun ərazisindəki MLRS sursat anbarı məhv edilib.
Sfera.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, onlar martın 14-də səhər saatlarında yüksək dəqiqlikli uzaqmənzilli silahlarla Ukraynanın hərbi infrastrukturuna hücum ediblər. Nəticədə Fedorovka, Vinarovka, Antopol qəsəbələrində rabitə, tele və kommutasiya mərkəzləri sıradan çıxıb.
Kiyev yaxınlığındakı "Antonov” zavodunun ərazisində çoxsaylı raket sistemləri üçün böyük sursat anbarı məhv edilib.
Qeyd edək ki, Ukrayna tərəfi "Antonov" zavodu və yaxınlıqdakı hündürmərtəbəli binanın vurulması nəticəsində 2 nəfərin öldüyü, 7 nəfərin yaralandığını açıqlamışdı.