ABŞ səlahiyyətliləri Çinə Rusiyaya Qərb sanksiyalarının itkilərini kompensasiya etməyə kömək etməyə çalışacağı təqdirdə hansı nəticələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Sfera.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
O izah edib ki, ABŞ Çinin Rusiyaya nə dərəcədə maddi və iqtisadi dəstək verdiyini diqqətlə izləyir. Eyni zamanda, Sallivan ABŞ-ın Çinə məhdudiyyətlər qoymağa hazır olub-olmadığı sualına cavab verməkdən imtina edib.