Qazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanıldı

Dünya 13 Mart 2022 | 18:57
OXUNUB: 1739
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən mənimsəmədə şübhəli bilinərək saxlayıb.

Sfera.az xəbər verir ki, bu barədə xidmətin mətbuat idarəsi məlumat yayıb.

Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

"Onun dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır. İstintaq davam edir. İstintaqın maraqlarına cavab verən digər məlumatlar açıqlana bilməz”, - mətbuat xidmətindən bildiriblər.

Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) müxtəlif vəzifələrdə çalışıb, bizneslə məşğul olub.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man