Rusiya hərbçiləri Kiyev vilayətində qadın və uşaqların daşındığı kalona atəş açıblar.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə martın 11-də Peremoqa kəndindən (Barışevski rayonu) Ostroluçye kəndinə doğru – Rusiya Federasiyası ilə razılaşdırılmış "yaşıl” dəhliz boyunca evakuasiya etmək istəyərkən baş verib.
Atışma nəticəsində biri uşaq olmaqla 7 mülki şəxs həlak olub. Yaralıların dəqiq sayı hələlik məlum deyil.