Ukraynada humanitar dəhlizlərlə təxliyə olunanların sayı AÇIQLANDI

Dünya 12 Mart 2022 | 10:41
OXUNUB: 891
Ukraynada açılan humanitar dəhlizlər vasitəsilə ötən gün 7144 nəfər təxliyə olunub.

Sfera.az  "İnterfax Ukraine”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində bildirib.

"Bu gün Rusiya ordusu humanitar dəhlizlərin çoxunun fəaliyyətini pozub. Buna baxmayaraq, Enerqodardan, Buçadan, Qostomeldən, Kozaroviçidən 7144 nəfəri xilas etmək mümkün olub. Deməli, sabah da, o biri gün də mühasirədə qalan ukraynalıları xilas etmək üçün əlimizdə artıq 7144 səbəb var. Bundan sonra da Ukrayna şəhərlərinə humanitar yükləri çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Ürək ağrısı ilə bildirməliyəm ki, Mariupol hələ də düşmənin mühasirəsindədir. Rusiya ordusu şəhərə bizim yardımlarımızı buraxmayıb, bizim insanlarımıza, mariupollara əziyyət verirlər”.

Ukrayna lideri sabah da adıçəkilən şəhərə Mariupola ərzaq və dava-dərman çatdırmağa çalışacaqlarını diqqətə çatdırıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man