"Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub"

Dünya 09 Mart 2022 | 16:43
OXUNUB: 1460
"Ukrayna Prezident Volodimir Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi olub”.

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Xarici tərəfdaşlarımız dövlət başçısına 2-3 dəfə sui-qəsd cəhdi olduğunu deyirlər. Amma 10-dan artıq belə cəhd olub. Bizdə operativ məlumatlar var. Dəfələrlə hökumət binasının məhəlləsinə girmək üçün cəhdlər olub”, - deyə o qeyd edib.

M.Podolyak bildirib ki, Ukraynada çox ciddi kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir: "Ona görə də mümkün təhlükələr əvvəlcədən müəyyənləşir. Bəzi məqamları açıqlaya bilmirəm. Amma Putinin əsas hədəfi Zelenskidir. Bu baxımdan Qərb mətbuatı haqlıdır”.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın "The Times” qəzeti son bir həftə ərzində Zelenskiyə ən azı üç sui-qəsd cəhdinin edildiyini yazmışdı.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man