NATO ölkələrinə Ukraynaya qırıcılar verməsi üçün “yaşıl işıq” yandırıldı

Dünya 06 Mart 2022 | 22:37
OXUNUB: 2061
NATO üzvlərinin Ukraynaya döyüş təyyarələri göndərmək hüququ var.

Sfera.az "Oxu.az"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken "CBS News”a müsahibəsində deyib.

NATO üzvü olan Polşa hökumətinin Ukraynaya döyüş təyyarələri göndərə biləcəyi sualına Blinken "Onlar üçün yaşıl işıq yandırılıb” deyə cavab verib.

"Əslində biz indi polşalı dostlarımızla bu döyüş təyyarələrinin ukraynalılara veriləcəyi təqdirdə, onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimizi müzakirə edirik”, - deyə Blinken bildirib.

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlər görə, Polşa hökuməti Ukraynaya öz qırıcılarını vermək müqabilində ABŞ-dan F-16 təyyarələrini istəyib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man