Ukrayna MN döyüş meydanındakı son durumu AÇIQLADI

Dünya 02 Mart 2022 | 16:43
OXUNUB: 1625
Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə Rusiya qoşunlarından təşəbbüsü ələ almağa başlayıb.

Sfera.az  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

"Düşmən tağımlarının döyüş qabiliyyətini saxlamağa çalışır. O, təkcə Ukrayna ordusu ilə deyil, onların karvanının qarşısını alan dinc sakinlərlə də qarşılaşmaqdan qaçır. Ukrayna ərazisində Rusiyanın apardığı təbliğat artıq təsirini itirir. "Azadlıq verənlər” başa düşüblər ki, onları Ukraynada heç kim gözləmir.

Volınsk istiqamətində rəqib təşəbbüsü əldən verib və fəaliyyət göstərmir.

Rusiya işğalçıları Malın və İrpin istiqamətində böyük itki verib və hücumun sürətini azaldıb. Çernobıl istiqamətindən Demidib və İrpinə hücum etsələr də, itki verərək dayanıblar.

Jitomir istiqamətində Qoreniçi, Şpıtka, Petruşkada hücumu inkişaf etdirməyə cəhd göstərsələr də, dayanmağa məcbur olublar. Borodyanka, Katyujanka rayonlarında və Qavronsk vilayətində də düşmən məyus olub. Siversk istiqamətində Rusiya Silahlı Qüvvələrinin birinci tank ordusu heyəti və 20-ci ümumqoşun ordusunun hərbçiləri Krasnoqrad və İzyuma istiqamətində hərəkətə keçərək Birləşmiş Qüvvələri (Ukrayna qüvvələri - "Report") mühasirəyə almağa çalışsalar da, sərhəddəki Boqoduxov, Çuquyev və Şevçenko yaşayış məntəqələrində qarşıları alınıb.

Düşmən Çerniqov istiqamətində də dayandırılıb. Nijin istiqamətində Yeni Basan, Kozelesdə düşmən məskunlaşıb. Düşmənin 1-ci və 2-ci ordu korpusları və 8-ci ordusu Donetsk və Luqansk vilayətlərində irəliləməyə cəhd göstəriblər. Onlar hədəflərinə çatmayıb, Mariupolda qarşıları alınıb.

Qara dəniz zonasında Rusiya işğalçıları Ukraynanın Zatoka və Odessa sahil şəhərlərinə qarşı desant əməliyyatına hazırlaşmağa davam edirlər. Düşmən ruhdan düşüb. Şəxsi heyət və hərbi texnika itkisi verir”, - nazirlikdən bildirilib.
 
(report)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man