Ermənistan müxalifəti prezident seçkisini boykot etdi

Dünya 02 Mart 2022 | 13:44
OXUNUB: 1544
Ermənistan parlamentindəki müxalifət fraksiyaları prezident seçkisi ilə bağlı keçirilən müzakirəni boykot edib.

Sfera.az  "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, parlamentin spikeri vəzifəsini müvəqqəti icra edən Akop Arşakyan 65 deputatın Ermənistan prezidenti vəzifəsinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı namizəd kimi təqdim etdiyini bildirib.

Bundan sonra "Şərəf məndədir” və "Hayastan” fraksiyalarının üzvləri iclas zalını tərk ediblər.

Hakim "Vətəndaş Müqaviləsi” Partiyasının fraksiyasının rəhbəri Hayk Konjoryan isə Xaçaturyanı ölkə prezidentliyinə yeganə namizəd kimi təqdim edib.

Bundan əvvəl parlament müxalifəti prezidentliyə namizədini irəli sürməmək qərarına gəlmişdi.

Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, buna səbəb kimi dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini Ermənistan parlamentinin sədri Alen Simonyan icra edir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man