Rusiya Xersona tam nəzarəti ələ keçirdi

Dünya 02 Mart 2022 | 11:21
OXUNUB: 1038
Rusiya silahlı qüvvələri Xersona tam nəzarəti ələ keçirib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mülki infrastruktur, əhalinin həyat təminatı obyektləri və Xerson şəhər nəqliyyatı gündəlik fəaliyyət göstərir: "Xerson ərzaq və zəruri mallarda qıtlıq hiss etmir. Sosial infrastrukturun fəaliyyətinin təmin edilməsi, asayişin və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya komandanlığı, şəhər və rayon administrasiyası arasında danışıqlar davam edir”.

Qeyd olunur ki, Ukraynada aparılan əməliyyat zamanı bu ölkənin 1502 hərbi obyekti məhv edilib: "Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün Kiyevə yüksək dəqiqliyə malik silahla zərbə endirilib, televiziya qülləsinin yayım avadanlığı sıradan çıxarılıb”.

Vurğulanıb ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə və 72-ci Baş Psixoloji Əməliyyatlar Mərkəzinə zərbələr endirib.
 
(qafqazinfo)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man