Xarkovdan indiyədək neçə azərbaycanlı qatarla yola salınıb?

Dünya 01 Mart 2022 | 21:10
OXUNUB: 2748
"Ukraynanın Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulu Əfqan Salmanov deyib.

Fəxri Konsul bildirib ki, konsulluq 24 saatlıq iş rejimi ilə fəaliyyətini davam etdirir: "Bir neçə gündür davam edən müharibə zamanı Xarkovda müvəqqəti yerləşən vətəndaşlar tərəfindən evakuasiya ilə bağlı müraciətlər daxil olub. Biz bu müraciətləri araşdıraraq vilayət rəhbərliyindən onların müxtəlif şəhərlərə pulsuz biletlərlə getməsini xahiş etmişdik. Buna da nail olduq. Bir neçə gün ərzində 650-dən çox həmyerlimizi Lvov istiqamətində qatarla yola salmışıq. Xarkovda hələ də çoxlu Azərbaycan vətəndaşı qalmaqdadır. Biz onlara tövsiyə edirik ki, qaldıqları yeri tərk etməsinlər, müharibə şəraitinu nəzərə alaraq zirzəmilərdən mütləq şəkildə istifadə etsinlər, küçələrə çıxmasınlar. Vəziyyət yumşalan kimi biz onlara öz yardımımızı göstərəcəyik, onların da Azərbaycana getməsi üçün lazımi addımları atmağ çalışacağıq”.

Fəxri konsul Xarkovda qalan azərbaycanlıları konsulluğa müraciət etməyə və qeydiyyatdan keçməyə çağırıb: "Bu, lazım olanda bizim onlarla əlaqə saxlaya biləyimiz üçün vacibdir. Elə vətəndaşlarımız var ki, qida məhsullarına, elələri var ki, tibbi yardıma ehtiyacları var. Bu gün küçəyə çıxmaq çox qorxuludur. Müharibə şəraitindəyik, biz onlara yardım göstərə bilmirik, bizi başa düşsünlər. Vəziyyət yumşalan kimi biz onlara kömək etməyə çalışacağıq". (apa)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man