Ukraynadan sonra növbəti hədəf Tayvandır? - Açıqlama

Dünya 28 Fevral 2022 | 15:44
OXUNUB: 1074
"Rusiya iqtisadiyyatı dağılır, Avropa bazarından məhrum olmaq üzrədir, banklar üzünə qapanır, oliqarxları müflisləşir. Kreml bu ağır vəziyyətdən çıxmaq üçün əsas tərəfdaşı Çinə müraciət edəcək. Çin hamı üçün, o cümlədən tərəfdaşları üçün də heç zaman daxili bazarının qapılarını açmadı. Ona görə də Kremlin Çinlə bağlı gözləntiləri özünü doğrultmaya da bilər”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Kreml sahibi Vladimir Putin olimpiadanın açılışı məqsədilə fevralın 3-də Pekinə gedərkən Ukraynaya hücum qərarını artıq vermişdi:

"Putin məhz buna görə Pekində əməkdaşlıqla bağlı geniş saziş imzaladı. Bu saziş Kremlə ona görə lazım idi ki, Qərbin sanksiyaları ilə üzləşdikdə tərəfdaşı Çin bazarına hədəflənsin. Ancaq Qərbin Rusiyaya qarşı sanksiyaları gözlənildiyindən də kəskin oldu. Belə olacağını Kreml də gözləmirdi. Bu vəziyyətdə Çinin Rusiya üçün dəyəri daha da artacaq. Bu arada, Qərbin Çinlə bağlı başqa narahatlığı var. Qərb ölkələrində hesab edirlər ki, Pekin Rusiya-Ukrayna müharibəsindən "səmərəli” istifadə etməyə çalışacaq. Söhbət Çinin Tayvanı ram etməsindən gedir. Çin Tayvan adasını özününkü sayır və ada ətrafında hərbi gücünü artırır. Bəzi ekspertlərin fikrincə, Çin yaxın 10 ildə Tayvanı ələ keçirmək üçün hazırlıqlarını sürətləndirib. Ancaq Rusiya-Ukrayna müharibəsi Pekin öz planını daha tez reallaşdırmağa həvəsləndirə bilər. Dünyanın diqqəti Ukraynada və Rusiyada ikən Çin əsas probleminin həllinə girişə bilər”.

Ekspertin sözlərinə görə, Tayvan hökuməti də Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyir: "Çin hərbi təyyarələri ada ətrafında uçuşlarını intensivləşdiriblər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günü Çinin hərbi təyyarəsi Tayvan adası üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bu vəziyyətdə ABŞ Ukrayna ilə yanaşı Tayvanı da silahlandırmaq qərarı verəcək. Onsuz da Vaşinqton illərdir Tayvana hərbi yardım edir. Ancaq son hadisələr fonunda bu yardımın miqyası artacaq. Bu isə Çinlə ABŞ arasındakı münasibətləri daha da gərginləşdirəcək. ABŞ-ın keçmiş prezidenti Donald Tramp da hesab edir ki, Pekin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öz məqsədləri üçün istifadə edəcək. "Ukraynadan sonra işğal növbəsi Tayvana çatacaq” deyən Ağ Evin keçmiş sahibi Pekinin istənilən an Tayvana hücum edəcəyini bildirib.
 
Kreml Ukraynaya hərbi müdaxilənin bütün risklərini hesablamadı. Ukrayna ordusu və cəmiyyəti Rusiya işğalına ciddi müqavimət göstərir və dünyanın təqdirini alır. Digər tərəfdən, müharibə Rusiya iqtisadiyyatını uçuruma aparır. Pekin bütün bunları diqqətlə müşahidə edir. Çinin əhalisi Rusiyanın əhalisindən azı 10 dəfə çoxdur. Kremldən fərqli olaraq Pekin ölkə iqtisadiyyatının sabitliyinə önəm verir. Ona görə də Pekin Tayvanı ələ keçirmədən öncə üzləşəcəyi bütün riskləri hesablamaq məcburiyyətindədir”.  
 
Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man