"Artıq 32 ölkə Rusiya aviaşirkətləri və təyyarələri üçün hava məkanını bağlayıb”.
Sfera.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Onun sözlərinə görə, anti-Putin dövlətlər koalisiyası Rusiyaya qarşı üç sanksiya paketi tətbiq edib.
Nazir həmçinin rublun dəyərinin minimuma endiyini xatırladıb: "Hazırda Ukrayna Rusiyanın neft və qazına tam embarqonun tətbiqi istiqamətində aktiv işlərə başlayıb. Rusiyanın dövlət başçısı Vladimir Putinə qarşı ilk dəfə olaraq sanksiyalar tətbiq olunub”.