Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel qurumun müdafiə nazirlərinin təcili iclasını çağırıb.
Sfera.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
"Rusiyanın əsassız hücumu ilə əlaqədər Ukraynadakı son durumu müzakirə etmək üçün nazirlərin iclasını çağırmışam. Biz gələcək addımları müzakirə edəcək, dəstəklərimizi əlaqələndirəcəyik”, - paylaşımda bildirilib.