Düşmənin Kiyevə daxil olmaq cəhdləri bu gün də davam edib, lakin onlar dəf edilib. Paytaxtda vəziyyət nəzarət altındadır”.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı - Kiyevin müdafiə komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunlarının kolonları dəfələrlə paytaxta hücum etməyə cəhd ediblər:
"Düşmən qüvvələrinin bütün hərəkətləri nəzarətə götürülüb, vaxtında qərarlar qəbul edilib. Kiyevdə vəziyyət hazırda nəzarət altındadır.
Rusiya işğalçı qoşunlarının məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib. İşğalçının texnikasının kolonları sıradan çıxarılıb. Düşmən xeyli şəxsi heyət itkisinə məruz qalıb. Rus qoşunları ruhdan düşüb, taqətdən düşüb. Onlara evimizi çağırılmamış qonaqlardan qoruya biləcəyimizi göstərmişik”.