İşlənmiş təkərlərin utilizasiyası qlobal mövzudur. Bu məsələ ilə bağlı müxtəlif həllər təklif olunsa da, yeni variantlar bitib-tükənmir. Avtosfer.az-ın xəbərinə görə, emal texnologiyalarının ekoloji təmiz olması da ciddi məsələdir. Yandırma və ya gözdən uzaq yerə tullama yolverilməzdir.
Avstraliyanın Melburn Universitetinin əməkdaşları isə çox ucuz çıxış yolu tapıblar. Onların texnologiyası çox sadədir: təkər doğranaraq betona qarışdırılır. Bu yolla alınan beton daha yüngül olur, səs və izolyasiyası daha keyfiyyətli alınır. Həm də bu yolla qum və çınqıla 20% qənaət etmək mümkündür.
Bu cür beton almaq üçün xüsusi texnologiyaya da ehtiyac yoxdur. Yalnız təkərdoğrayan aqreqat əldə etmək kifayətdir. Digər proses ənənəvi qaydada gedir.
Universitet əməkdaşları bu betonun istənilən sahədə tətbiqini tövsiyə edir.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man