ATƏT-in Baş katibi: "Üzv ölkələr Rusiyaya müraciət ediblər"

Dünya 27 Fevral 2022 | 22:00
OXUNUB: 2334
ATƏT-in Daimi Şurasının iclası keçirilib. ATƏT üzvləri Rusiyaya müraciət ediblər.

Sfera.az  xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Helqa Maria Şmit tviter hesabında yazıb.

"İştirakçı dövlətlər Rusiyanı işğalı dayandırmağa çağırıblar. Zorakılığa son qoyulmalı, humanitar yardıma və təhlükəsiz keçidə icazə verilməlidir.

ATƏT-in bütün diplomatik mexanizmləri açıqdır və dövlətlərin ixtiyarındadır”, - Helqa Maria Şmit bildirib.

"Ukraynadakı ATƏT əməkdaşları ilə fəxr edirəm. Onlar bu cür müstəsna işlər görürlər. İndi onlar təhlükəsiz yerə köçürlər, lakin mən israr edirəm ki, bu köçürülmə müvəqqətidir.

Fədakarlıqlarına və bu qaranlıq günlərdə inamı saxladıqlarına görə hər kəsə təşəkkür edirəm”, - ATƏT-in Baş katibi əlavə edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man