Ukraynada son durum: uşaqların geyimlərinə qan qruplarını göstərən stikerlər yapışdırılır

Dünya 23 Fevral 2022 | 15:27
OXUNUB: 604
Ukraynada müharibə hazırlıqları davam edir.
 
Sfera.az bildirir ki, sözügedən ölkə bu gün səhər saatlarında Rusiyadakı vətəndaşlarını "ölkəni tərk etməyə” səsləyib, ardınca ehtiyat qoşunları çağırmaq qərarı açıqlanıb. 18-60 yaş arası ehtiyatda olan əsgərlərin vəzifəyə çağırılmağa başlanılacağı və onların maksimum xidmət müddətinin 1 il olacağı qeyd edilib. Məlumata əsasən, 100 minə yaxın ukraynalı mümkün müharibə üçün səfərbər olunub və Ukrayna Xüsusi Təyinatlı Qüvvələri uşaqdan qocaya qədər bütün könüllülərə silahların sökülməsi və yığılması, atəş və nişan alma üzrə təlimlər keçməyə başlayıb.

Digər tərəfdən, ölkədə hər nə qədər müharibə havası hakim olsa da, vətəndaşların normal yaşama davam etdiyi müşahidə olunub. Bununla yanaşı, valideynlər övladlarını məktəbə göndərərkən paltarlarına qan qruplarını göstərən stikerlər yapışdırıblar. Qan qrupu etiketləri əvvəlcə "Facebook”da qapalı qruplarda müzakirə mövzusu olsa da,  hazırda bir çox məktəblərin bunu məcburi hala gətirdiyi iddia olunub.

Xatırladaq ki, Ukraynada fövqəladə vəziyyət elan olunub. Bu barədə Ukrayna Təhlükəsizlik Şurası qərar verib. Fövqəladə vəziyyət Donetsk və Luqansk vilayətləri istisna olmaqla, bütün ölkə ərazisində tətbiq olunacaq.

Günay Rəsulqızı
Sfera.az

 

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man