Bayden Ukraynanın XİN rəhbəri ilə görüşdü

Dünya 23 Fevral 2022 | 11:21
OXUNUB: 499
ABŞ Prezidenti Cozef Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Bu barədə Sfera.az  Ağ Evin saytına istinadən xəbər verir.

"Prezident Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha təsdiqləmək üçün nazir Kuleba ilə görüşüb”, - məlumatda deyilir.

Bayden bildirib ki, ABŞ Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahələrində dəstəyini davam etdirəcək.

Bayden Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini və onları Ukraynadakı vəziyyətdən asılı olaraq sərtləşdirəcəyini bildirib.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man